Skip to main content

son gündən əvvəl




..Qadın yataq kisəsini hara qoyacağına qərar verə bilmirdi. Şəhərin mərkəzində, müasirliyin ortasında, bu qədər insan arasında meşəyə aid bir şeylə dayanan təkcə o idi. Dayanacaqdakıların gözlərini üstündə hiss edirdi. Yataq kisəsini dizi üstünə qoyub əllərini üzərində birləşdirdi. Gün bitmək bilmirdi. Elə bir duyğuya qapılmışdı ki, sanki biri içindən keçənləri oxuyurdu. Kütlə arasında dayanıb, ona aid hər şeyi görürdü. Nə planladığını görürdü və bir azdan arxadakı meydana gedəcək, aksiya edən heyvansevər qrupun əlindən səsucaldan mikrofonu alacaq və hamıya elan edəcəkdi: „Ay camaat, bax o qadın, qarasaçlı olan, hə, hə o. Əlində yataq kisəsi olan. Hə, bax o. Bu dəqiqə şəhərkənarında gizli plan qurur..“ Əllərinin içi tərləyirdi. Ağlından bu fikirləri atmağa çalışdı, ətrafa narahat gözlərlə baxdı. Yanından ötən qızın biləyi diqqətini çəkdi. Tatunu görüb üzünü büzüşdürdü. Sonra öz planlarını xatırlayıb özünə hirsləndi, kimisə qınamağa haqqı olan axırıncı adam idi.



Qız yolu keçdi. Əliylə köynəyinin qolunu aşağıya dartıb biləyindəki tatunu gizlətməyə çalışdı. Qarşı dayanacaqdakı adam diqqətini çəkdi.

Kişi ayaqlarını geniş açıb əlindəki qəzeti oxuyurdu. Boynunda qırmızı şərf, başında qəhvəyi beret vardı. Ayaqlarında klassik ayaqqabı ilə bənövşəyi köynəyi və yaşıl-sarı zolaqlı paltosu heç uyuşmurdu. İşləyən günlərindən tərgidə bilmədiyi tək xasiyyəti idi, hər səhər parıldayana qədər yastıdaban klassik ayaqqabılarını təmizləyər, geyinməsə özünü yerdəki nəcisdən yayınmağa çalışırmış kimi tullanan astronavt kimi hiss edirdi.  
Qəzetdəki məqaləni bitirib başını qaldırdı. Yolun digər tərəfindəki aksiyanı narazı baxışlarala süzdü. Qaşlarını çatıb saatına baxdı. Saniyələri sayırdı. Tam vaxtında avtobus dayanacağa çatdı. Məmnunluqla dilini damağına vurdu. Qəzeti qatlayıb döş cibinə qoydu, qalxdı və avtobusa mindi. Tatulu qız çox düşünmədi, çiynini çəkib qapı bağlanmamış özünü içəri atdı.

Əlində iş çantası olan keçəl kişi telefonunu çıxarıb videogörüntülü zəngə cavab verdi. Cibində qulaqcığını xeyli axtarsa da, tapmadı. Telefonu tez-tez qulağına tutub deyilənə qulaq asır, sonra təzədən üzbəüz tutub cavab verirdi. Bəzən heç nə demədən sadəcə gülür və yenə qulağına tuturdu. Arxa sırada pəncərə qırağındakı uzunsaç oğlan yuxulu gözlərini ovuşdurub keçəl kişiyə kefsiz nəzər yetirdi. Gözlərinin altı  yorğunlıq torbasıyla çökmüşdü. Saçını arxada rezinlə yığmışdı, çəhrayi rəng idi. Üstündə parıldayan bir-iki muncuq var idi, özününkü deyildi, səhər tələsik çıxanda qızınınkıları götürmüşdü. Başını avtobusun pəncərəsinə söykədi, şüşənin souqluğundan narahat oldu, başını geri çəkib keçəl kişinin qulağındakı ekranda adamın dediklərini eşitməyə qulaqlarını şəklədi.
Tatulu qız növbəti dayanacaqda endi.

Ətrafa göz atdı, yaxındakı eko-kafeyə tərəf getdi. Girişdə ödəniş edib limitsiz çay aparatından plastik bardağa qaynar su süzdü. Yasmin çayı paketindən birini götürüb zalın ortasında masa seçdi.

Kafenin bir divarı bütünlüklə şüşə idi. Asiyalı orta yaşlı qadın kürəyi divara oturub önündəki kompüterə tərəf əyilmişdi. Fincanındakı kofe çoxdan soyumuşdu. Dodaqları bir-birinə sıxılı, açdığı vebsaytdakı məqaləni oxuyurdu. Ennio Morricano haqqında idi.

Qonşu masada iki kişi qızğın müzakirə edirdilər. Yeni “start-up” layihələri üçün plan yazırdılar. Masanın üstü çoxlu kağızlarla dolu idi. Bir o qədəri də əzilib-bükülüb zibil qabına atılmışdı. Ofisiantdan zibil qapını masaları yaxınına qoymağı xahiş etmişdilər. Oturaq həyatdan iriləşmiş qarnı stulla masa kənarı arasında çətinlik yaradan, daha yaşlı olanın gözü telefonundaydı. Vibrasiya verirdi, ekrandakı adı görüb bir neçə saniyə tərəddüd etdi. Bəlkə də bu qədər inad bəs edərdi. Bəlkə də yox. Telefonu tərsinə çevirib önündəki vərəqə qeydlər aparmağa davam etdi.

Tatulu qız qırmızı dəftərçəsini çıxarıb yazmağa başladı. Kənarları əzik idi, yazılmaqdan və dəfələrlə oxunulmaqdan köhnəlmişdi, rəngi qırmızı ilə qəhvəyi arasındakı anlaşılmaz tondaydı. Tatulu qız tez-tez başını qaldırıb ətrafa baxır, yazır və yazırdı. Əynindəki paltara öyrəşə bilmirdi, bu dövrdə cins paltarlar dəbdə idi,  o da birini alıb əyninə keçirmişdi. Bir ölçü kiçik almalıydı bəlkə də.

Arxa masaya baxdı.

İki qadın çaylarını qurtumlayıb söhbət edirdilər. Çəhrayı vərəqli dəftərə qeydlər aparan qadın danışır, hərdən dəftərə baxıb kontekstdən kənara çıxıb-çıxmadığını yoxlayırdı. Sarı saçları süni idi, qaşlarının rəngiylə uyuşmurdu. Əri sarışınlara baxışlarını tutmuşdu, o da radikal qərar almışdı, saçının rəngini dəyişdirmişdi. Qaş probleminə isə başqa həll tapmışdı: qara kənarlıqlı  iri eynək taxırdı.

Digər qadın təbii qırmızısaçlılardan idi. Saçını iri, düz alnını gizlədəcək tərzdə kəsdirmişdi. Ağzının önündə yumruq edib saxladığı əlini tez-tez yuxarı aparır, sanki alnının gizlicə Breksit elan edib-etmədiyini yoxlayırdı. Orta bamağına iri üzük vardı. Üstündə iri bir dovşan başı var idi.

Kafenin bayırında insanlar küçə boyunca sağa-sola gedir, bir-biriylə toqquşmamağa çalışır, ünvanlarına tələsirdilər. Kafedəki müştərilər diqqətləri öz məşğuliyyətlərində, offisiantlar bir gözü müştərilərdə, ağızları məzəli söhbətlərindəydi. Dünyada tam normal gün idi.

Bütün olanlara daxil olmayan təkcə tatulu qız idi.

Bütün masaları bir də gözdən keçirdi. Son qeydini də dəftərçəsinə yazdı. Səhifədə yer qalmamışdı, dəftərçəni çevirib iki vərəq arasındakı bitişik yerə qeydini aldı. Cibindəki açarlar ətinə batırdı. Cibindən çıxardı. Dəftərçəni bağladı, açarları üstünə atdı.
Açar topasına taxılmış akssesuara toxundu. İri bir "B" hərfi idi.

Çayının son qurtumuyla dodaqlarını islatdı. Yasminin acı hissəsi bardağın dibinə çökmüşdü. Ağzını büzdü, açarla dəftərçəni götürüb WC-ə getdi.

Qapıları bir-bir yoxladı.

Boş idi.
Aksessuarı tutub burdu, "B" ortadan əyilib qəribə forma aldı, köynəyinin qolunu yuxarı qaldırdı, və açara çevrilən  biləyindəki tatudan içəri saldı. Heroqlifə oxşayan tatunun ilk baxışda xüsusi fərqliliyi nəzərə çarpmırdı. Amma bu, açar dəliyi kimi görünən tatu deyildi, tatu formasında görünən açar dəliyi idi və uyğun açar bir az əvvəl onu canlandırmışdı.

"Nə qədərini izlədin?"

"Nəticə çıxaracaq qədər."

"Və?"


"Bu məişət dünyasıdı."

"Nə nəzərdə tutursan?"

"Sirləri var. Problemləri var. Rejimləri var. Hər şeyə aid qaydaları var. 
Əvvəlcədən cızılmış yolları var."

"Parzivalizatorları var? Əgər elədisə.."

"Yox, taleylərini müəyyənləşdirmirlər, sadəcə yuxudan ayılma vaxtlarını, avtobusların hərəkətini, iş vaxtını, yemək rejimini təyin edirlər. Öz yollarını belə cızırlar. Asfalt deyilən şeydəbn yollar da çəkirlər. Maşınlar, velosipedlər, hətta telefonla danışanlar üçün ayrıca səkilər düzəldirlər."

"Deməli belə.. Səviyyə 11.. gözləntilərim aşağı idi, amma bu qədər yox."

"Dediyim kimi, bura məişətinə başı qarışanların dünyasıdı. Başlarının üstündən mavi səmalarını dartıb alsaq, ora qraffiti ilə şüarlar çəkəcəklər. Aksiyalara çıxıb bağıracaqlar."

"Yəni müqavimət göstərə bilərlər?"

"Səs-küy salmaqdan başqa heç nə. Səmaları olmasa, mağaralara da öyrəşərlər. Adaptasiya ən yaxşı bacardıqları şeydi."

"Bəlkə də bununla başlamalıyıq."

"Nə?"

"Səmaları ilə", cinsiyyəti bilinməyən səs cavab verdi. Nə kişi, nə də qadın səsi idi bu, ikisinin harmoniyası kimiydi.

"Səmalarını üstlərindən çəkib alacağıq. Kainatın həqiqi rəngiylə tanış olacaqlar, zülməti görəcəklər. Və hər şey başlamamışdan qabaqkı saniyə ağıllarındakı şeyin nə olduğunu bilmək üçün beyinlərini dadacam."

Tatulu qız gülümsündü.

"Cavabı təxmin etmək çətin deyil.
Qaranlığı dadmamışdan əvvəl ağıllarındakı bildirişlər olacaq. Telefonlarındakı bildirişlər."

Açarı dəliyindən çıxardı. Tatusu qaşınırdı, açarlarla tatusunu eşməkçün özünü güclə saxlayırdı. Güzgüdə özünə baxdı.
Bu bədəndəki son günü idi. Səma yoxa çıxandan sonra zülmət olacaqdı və daha bədənini, əsl olduğu halı gizlətməyə, bu çirkli tünd dəri ilə örtməyə ehtiyac qalmayacaqdı.

Sondan bir əvvəlki gün idi və çoxdan başlamışdı.




Comments

  1. Sıradan, monoton, öz kiçik problemlerimizle dolu qısa heyatlarımızı yeniden sorğuladacaq gözel bir hekaye, ferqli bir baxış bucağıdır. Seninle fexr edirem, Hemid!❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...