Skip to main content

Niyə kitab oxuyuruq?

Niyə kitab oxuyuruq?

Hər kəsin bir özünü ifadə biçimi var. Birisi yazı ilə, birisi hekayə ilə, birisi musiqi ilə, birisi səssizlik ilə. Amma bütün bunların toplandığı tək ortaq nöqtə var: İnsanın özünü ifadə etdiyi nöqtə. 


Yazarlar, bəstəkarlar, musiqiçilər, rəssamlar və.s yaratdığı əsərlərlə düşüncələrindəki nizamsızlığa bir nizam verməyə çalışır. Yazdığın hekayələrlə bir növ içində toplanıb qalan o qarmaşıqlığa bir ad vermiş olursan. Necə ki sevdiyin insana sevgini açıqlamaqla buna bir ad vermiş olur. Çünki öz daxilində olan sevgi qarşılığını ya da ünvanını tapdıqda xoşbəxtliyə qovuşursan. Səbəb bunun artıq bir adı olmasıdır. Yazmaq da bu cürdür. 

Və bütün bu yaradanlar cəbhəsinin önündə bir də yaradılanla tanış olub onu  mənimsəyənlər var. Bəhs etmək istədiyim tam olaraq, oxuyanlardı.

Ətrafdakı kitab əlinə alıb oxumaq istəyənlər axı niyə oxuyur? və insanlar niyə oxumalıdır?

Kitab oxuyucusu ilə zövqünü musiqidə, rəsm əsərində və.s tətmin edənlər arasında nə fərq var?

Mənə görə oxuyucular 3 yerə bölünür.

1. Zövq və vaxtı dəyərləndirmək üçün oxuyanlar.
2. Kitabla yaşayanlar.
3. Kitabdan öyrənmək üçün oxuyanlar.


Bu siyahıya sala biləcəyim amma salmaq istəmədiyim çox az saylı üzvü olan bir qəlib insanlar da var ki, bunlar deyilənlərin hər üçü bir insanda toplananlardı.

Bu dünyada ən ağır günlər keçirənlər kitabla yaşayanlardır. Real həyat heç vaxt kitab kimi deyil. Kitab sonuncu səhifəsində qapısı bağlanan dünyadı. O dünya bitdiyi anda ağlayan insanlar da iki cür olur. Bitdi deyə ağlayan və baş verən hadisənin yaşatdığı duyğulara qapılan. Kİtab bitdiyi anda əgər ağlayırsınızsa və artıq nəfəssiz qalmış kimi kitab axtarışındasınızsa, çox çətin yaşam sahibisniz. Belə olanda dünyadan aralanmaq üçün kitab ən yaxşı vasitədi. Bu insanın morfininə çevrilir və aşırı bağlılıq həmişə təhlükəlidi. Hətta mövzu kitab belə olsa. 

Zövq üçün oxuyanlar kitabı ciddi anlamda önəmsəməyən insanlardı. Məsələn, yuxuya getmək üçün hər gecə 10 dəqiqə kitab oxumaq kimi. Ya da sırf macəra var deyə, dedektiv romanlara meyl etmək kimi. 

Və bir də kitabdan öyrənənlər var. İlk dəfə debat yarışlarına qoşulanda çox təcrübəli debatçılarımızdan biri Qail Qasımov çıxışında yaddaşıma həkk olunan belə bir cümlə işlətmişdi. "Debat - bir həyat şəkli deyil. Debat -  həyatda addım atmanız üçün ən yaxşı vasitələrdən biridi. Onu sevmək, başa düşmək və onun vasitəsi ilə həyata dair şeyləri anlamaq lazımdır." Eləcə də kitab sizin həyatınıza çevrilibsə və dünyanızı həmin həyatın içində yaratmısınızsa artıq realllıqla əlaqələriniz qopub deməkdir. Kitab düşüncələri daha uzaqları görə bilən insanların müşahidələrinin bədii təsvir vasitəsidi. Və o bizə sadəcə qatığın dadı barədə olan məlumatı elə bir şəkildə çatdıra bilər ki, biz oxuyucular bundan uzaq bir anlam daşıyan şeylər anlaya bilərik. Deməkki biz onun içində yaşamağa başlasaq, artıq anladığımız məna bizim həqiqətimizə çevrilir. Amma kitabdan öyrəndiklərimizi öz süzgəcimizdən keçirib nəyin dəyərli nəyin dəyərsiz olduğunu düşünsək, daha dəyərli qazanclar əldə etmiş olarıq.

Bu gün müasir gənclik çox vaxt kitablarda olan duyğusal cümlələrin təsiri altındadı. Sosial şəbəkələr kitablardan sitatlarla aşıb daşır. Gənc olmaq enerjili və özünə ətrafda olan məlumatları maqnit kimi çəkə biləcək gücdə olmaq deməkdir. Və gənc oxuduqlarından  sitatlar yerinə yazarın bütün o bədiiliklər arxasında ifadə etmək istədiklərini anlamağa alışsa, ya da adicə sitat verilən cümlədəki mahiyyətin üzərinə düşünmək qabiliyyətini qazansa, intellekt səviyyəsi yüksəklərdə olan bir gənclik qazanarıq. 

Dahi yazar Stephen Kingin çox bəyəndiyim bir fikri var: "Kitab oxuyanlar ilə musiqi dinləyənlər arasında çox önəmli bir fərq var, Musiqini yazanlar ifadə etdiklərini bir neçə dəqiqə içində bitirirlər, və dinlədikcə xatirəndə canlandırırsan, eləcə də film. Amma kitab əsrlər sonra belə öz mahiyyətini saxlayır və yaddaşlarda yer edir."

Kitab - sizə dünyanı gəzdirə biləcək vasitədi. Kitab - Sizi öyrədə biləcək vasitədi. Kitabdan öyrənmək və onun bizə verdiklərini həyata tətbiq etmək, müşahidə qabiliyyətini yaratmaq qazanacaqlarımız üçündə ən dəyərlilərdəndi. 

Oxuyun və oxuduqca aldığınız zövqlə bərabər ondan öyrənin. Xoş qiraətlər. :)


Comments

  1. Gözəl ifadə etmisən.. Kitabla yaşamaq, həqiqətən, çətin. Sonu yaxşı olmaya bilər (!) Ən əsası da həyata dair marağın azalmasına gətirib çıxarar. Statuslara bir tənqidi yanaşman olub, "kitab dəbi" də eyni onun kimi - tamam, digər hər şeyin dəbindənsə, kitabın dəb olması gözəl bir şeydi, amma kitab oxumağın dəyərini bilmirlər. Kitabı zövq alaraq və istər elmi, istər dünyəvi və ya dini, fəlsəfi biliklər, eynilə də dünya görüşü qazanmaq üçün oxumaq gərək... :)
    Və son olaraq, yazmaq, həqiqətən də, düşüncələrindəki qarışıqlıqlardan qurtulmağın ən gözəl yoludu. İstər gözəl, istər pis olsun, istər fikrini tam ifadə edəsən, istər edə bilməyəsən, istər hər kəs razılaşsın, istər qarşı dursun, fərq etməz. İçindəkiləri yazaraq atmaq - bu, tamam ayrı bir hissdi ^_^

    ReplyDelete
  2. Doğrudur......ümumiyətlə yazmaq yaratmaq oxumaq və. s... heyatda yaşam planı olmalıdır. Hər kəsin günlük yaşam proqramı olmalıdır.O zaman hər sahədə müvəffəqiyyətə çatmaq olar.Öyrənib ,düşünüb qazancı əldən vermək deyil,qazanc əldə etmək lazımdır.Həddən artıq israf ifrata dönər.Həytda elə insanlar da var ki, ifrata dönüşmüş əqidə ilə bütün ailesini ve bütün sevdiklerini əlden veribler.Onun qazanci sadəcə özüdür öz daxili aləmidir .Məncə bu fəlakətdir.
    Mən inanıram ki həyatda her bir şeyden zövq almadan ilham almadan yazıb yaratmaq mümkün deyil .Oxuduqlarını və öyrəndiklərini ifadə etməkdən zövq alar insan.Men gözləri görməyən kor olan bir insana bənzədərək ifadə edərdim o insanı.Amma bəlkədə yanılıram .Kor insanların daxili aləmi haqda bilgi sahibi deyiləm.Ancaq onların çox dərin duyquları və hissleri olduğunu bilirəm.Əgər təsəvvürüm düz deyilsə onda onlara nə ad vermək olar ? Sizcə ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarında ço