Bir tibb tələbəsi üçün 3-cü kursun nə demək olduğunu bütün həkim dünyası bilir, və deyəsən bütün dünyada 3cü il ən çətini olur. Bu il Aropa oyunları gərəyi, imtahanlar daha sıxışdırılmış şəkildə olduğundan yəqin ki hamınız xəbərdarsınız. Və nəzərə alsaq ki, 9 imtahanım var necə bir kəşməkəşli həyat yaşadığımı anlayarsınız. :)
Amma, bütün bu sıxışdırılmalara baxmayaraq, yenə formumdayam və kitablara geri dönüş edə bilmişəm. Bu il doğum günümə aldığım ən zəhmli hədiyələrimdən biri olan kitabın sonuna gələ bildim nəhayət. Stephen King - The Stand. 1216 səhifəlik bu marafonun sonuna çatmaq necə bir hisdir sizə başa sala bilmərəm, gərək yaşayasınız. Ümumən ayrı-ayrı kitabları oxuyub toplamında 1000səhifəni aşqın bir nəticə əldə edə bilərsiniz, amma bir mövzuya bağlı qalaraq 1216 səhifəni bitirm
k həqiqi bir səbr tələb edir. Sonuncu kəz bu duyğunu 812 səhifənin sonunda 22/11/63 romanında hiss etmişdim və eyni Kingvari duyğu məni ələ keçirmişdi. Bu kəzsə bir şah əsərlə qarşınızdayıq yenə. Gerçək bir dünya ədəbiyyatı şah əsəri.
Stephen King mənim blog yazılarım içində ən çox adı keçən insandı. Son dönəm ayrı ayrı dörd kitabını ard-arda oxumuşam və sözlərə yerləşməyəcək bir möhtəşəmliklə qarşılaşmışam. Amma Stand həqiqətən başqa bir dünyaya çəkib aparır insanı. Sözü çox uzatmadan keçək qısa şəkildə süjet xəttinə.
Düşünün. İnsanlığın yaratdığı bəlalardan biri, bir labaratoriya məhsulu olan bir qrip(Kapitan Trips) bir səhv ucbatından dünyaya yayılır. Və bu virusun qarşı dərmanı hələ icad olunmayıb. bütün dünyaya yayılan virus milyonarın ölümünə səbəb olur. Amma buna qarşı bilinməyən şəkildə immuniteti olan insanlar var. Evləri, küçələri, parkları, tunelləri, maşınları ölümdən acizcəsinə qaçmağa çalışan, amma virusa yaxalanıb iyrənc bir şəkildə can verən insanlar doldurub. və bu cür bir dünyada sağ qalmağa çalışan insanlar var. Amma insanların ən böyük problemi özünü burda göstərir. Bundan sonra nə olacaq?
Sözsüz ki, yenidən formalaşan cəmiyyət. CƏmiyyət ehtiyacı insanların daxilini ələ keçirir və belə anda ehtiyac duyulan bir öndər. Təbii ki, insanlıq iki cəbhədə toplaşır. 108 Yaşında Nebraskada qarğıdalı tarlasının kənarında bir evdə yaşıyan zənci qadın Abagail Ana və psiliyin yuvasından çıxan simasındakı gülüşlə insanın içini dəhşətlə dolduran Qara Adam, Yeriyən Adam, Uzun Adam, Yunnah- Randall Flagg. yaxşılığın və psiliyin təcəssümləri.
King yenə hər personajı elə bir titizliklə ön plana çəkib nəql edir ki, bir səhifə içində təsadüfən rast gəldiyiniz adam belə sizə hər şeyin həlledicisi kimi görünür. Hər bir personak öz önəmiylə göz önünə çıxır. sıradan romanlardakı tək bir əsas insan üzərində qurulmur heçnə. Frannie Goldsmith, Stu Redman, Larry Underwood, Glen Bateman, Tom Cullen, Lyold Henreid, Nick Andros və saymaqla bitməyəcək qədər çoxlu ad 1216 səhifəlik yolçuluq boyunca dostlarınıza, qorxularınıza, sevinclərinizə çevrilir.
Kitabda sosiologiyaya dair, insanın həm cəmiyyət baxımından, həm mənəvi baxımından hər cür heç vaxt heç bir yazıçının dilindən duymayacağınız şəkildə fikirlər var. bir daha, bir daha, bir daha və bir daha oxumağa dəyəcək mükəmməl üstü bir romandır bu.
King ilk yazanda Doublday nəşriyyatı kitabın ən az 400 səhifə azaldılmasını istəmişdi, amma yaxşı ki King qərarlılıqla vaz keçib. Bu gün həqiqətən bircə dəfə söhbət edib o insanın daxilinə şahidlik etmək istədiyim yeganə yazıçıdı. :)
Və ən gözəl xəbər isə kitabın yaxınmlarda film çəkilişlərinə üz tutacağıdır. Azərbaycanın birdən birə sevməyə başladığı yazıçılardan John Green in The Fault in our Stars romanını ekranlaşdıran Josh Boone "The Stand" dörd hissəli şəkildə ekranlaşdıracağını bildirib və bəzi aktyor seçimləri də bəlirlənib artıq.
Sizə indiyə qədər oxuduğunuz bütün kitablardakı düşüncələrin, fəlsəfənmin, macəranın, DƏHŞƏTİN və mükəmməlliyin daha üstündə olan bir kitab vəd edirəm. Sadəcə daha öncə Kinglə tanışlığınız olubsa, düşünmədən özünüzü bu bitməməsi və eyni zamanda bitməsi üçün dua edəcəyiniz kitaba baş vurmağa dəvət edirəm.
Kingin öz deyimiylə bitirək sözlərimizi. "Həyat, heç kimin üzərində sonsuza qədər dayana bilməyəcəyi təkərdir. Dön-dolaş eyni nötqəyə qayıdır."
Xoş qiraətlər. :)
Digər King romanları haqqında yazılarım:
No Stars, Full Dark
Bag of Bones

Comments
Post a Comment