Skip to main content

Yeni ildə köhnə il xatirələri



2015-i geridə qoyub artıq 2016-ya keçdik. Düzü bu il bütün xüsusi təbriklərdən, il öncəsi yeni il yazılarından uzaq durdum, niyə durdum bilmirəm, amma uzaq durdum. Amma blogumdan ki uzaq dura bilmərəm.

Həyatımızdan bir il daha əskildi, və yeni bir ilə addım atdıq. Xoşbəxtlik olsun, gözəllik olsun, ruzi, bərəkət bla bla olsun deməyəcəm. Çünki hamımız çox yaxşı bilirik ki, xoşluqları da, bədlikləri də olacaq. İlin toplamına baxdıqda nəyin daha üstün olacağını deyə biləcəyik sadəcə.

2015 digər illərə nisbətən bir az az kitab oxuya bildim. Amma, məncə, bu il məsələ sayda yox keyfiyyətdə oldu. Çünki illərdir ki, oxumaq həvəsində olduğum mükəmməl kitabları oxudum. 1000+ səhifəlik bir neçə kitabı sonlandıra bildim. Və bir neçəsini xüsusi olaraq vurğulamağı gərəkli bilirəm.

Bu il Stephen King  6 romanını  oxumamla ilə öz damğasını vurdu. Və King romanlarından ən gözəli, ən üstünü və ümumən King yaradıcılığının şah səsəri sayılan The Stand ayın, mövsümün, ilin, əsrin ən gözəl kitabıdır, məncə. Əgər nə vaxtsa, bir King kitabı oxumusunuzsa, onun dünyasının nə qədər möhtəşəm olduğundan xəbərdarsınız. Bu kitab sizə var olandan daha çoxunu söz verir. Daha geniş buradan haqqında yazdıqlarımı oxuya bilərsiniz.

Bu il Neil Gaiman kitablarında da irəliləyiş əldə etdim. 4 gözəl romanı ilə sonlandırdıq il və Birini hələ də oxumağa davam edirəm. Düzü Adını biləndən bəri bu yazarın heç yerdə tapılmayan American Gods( Amerika Tanrıları) kitabının həsrəti ilə yaşayırdım. Nəhayət ki İthaki kitabı yenidən nəşrə verdi və onu oxuya bilirəm. Hələ bitirmədiyim üçün geniş danışmayacam haqqında.

Amma bu ilin ən böyük uğuru başqa idi məncə. Hələki haqqında kitabın ilk hissəsini bitirməmə rəğmən haqqında yazmadığım bir kitab var. İlk dəfə kitab mağazasına 1-ci kursda oxuyanda girəndə, bir kitab diqqətimi çəkmişdi. Çox qalın idi, çox zəhmli görünürdü və ilk gördüyüm andan diqqətimi ondan ayıra bilməmişdim. Xüsusən kitabdan bir cümlə məni ovsunlamışdı. "Ağlı başında olan adamın qorxmalı olduğu 3 şey var: Fırtınalı dəniz, aysız bir gecə və sakit bir adamın öfkəsi." tam 3 il yarım keçir o kitabı gördüyüm vaxtdan, amma niyəsə almadım, oxumağa çalışmadım. Bu ilin sonlarına doğru o qərarı nəhayət verdim və kitaba qovuşdum. Patrick Rothfuss ağlımda böyük bir çalxalanma yaradan, xatirələrimə izini qoymuş mükəmməl bi yazıçıdır. Niyə bu qədər oxucunun Harry Potter sevdiyini anladım.  Çünki hələ Rothfussu tanımırlar! İkinci hissəsi 1138 səhifəlik bir kitabdı və bitirən kimi onu sizlərlə tanış edəcəm.

İlə və kitab siyahımdakı ən yuxarı köşələrə ən dərinə işləyən izi vuran yazar və trilogiya, əlbəttə ki, Laini Taylordur. Bu yazarın yaratdığı dünya mükkəmməll bir fantastik qurğu idi.  Nə vaxt rəfə göz gəzdirsəm və ordan kitabın üz qabığından mənə baxan mavisaçlı maskalı Karounu görsəm, zehnimdə canlandırdığım kitabın filmini aydın xatırlayıram. Həqiqətən möhtəşəm idi və buradan və buradan haqqında yazımı daha geniş oxuya bilərsiniz. 

Bu ilin son günü nəhayət ki tanış olacağımız günü iplə çəkdiyim Cornelia Funke ilə tanış oldum. Gözəl idi. Şirin bir qış romanı idi Ghost Knight. Düzdü, bu yazarı əslində İnk Heart trilogiyası ilə tanımaq lazımdı, amma elektron tapa bildiyim tək romanı bu idi. yenidən uşaqlığıma qayıdıb, sirli ruhların məni də ziyarətə gəlməsini, kiçik yaşlarda mənim də qorxduğum anda əlimdən tutacaq bir dostun olmasını, qorxsam belə, o dostu qorumaq adına cəsarətlə edə bilməyəcəyim şeylərin təhdidlərini savurmağı istədim. Maraqlı uşaq romanı idi. Bu yazarı tanımağa dəyər.

Amma bu kitablardan başqa bu il bir neçə sırf uşaqlar üçün yazılmış kitablar oxumuşam.Türk yazarlardan  Behiç Ak, Sevim Ak çox bəyəndiyim uşaq yazarlar oldular. Sözsüz ki, Charles Dickensdən Christmas Carol balacalığımın cizgi filmi olmaqdan çıxıb gəncliyimin romanına çevrilməsi gözəl idi. Çox bəyəndim və Dickensi bir daha sevdim.

Və əlbəttə ki, 2 il ötməsinə baxmayaraq, hələ də kitab rəfimdə həsrətlə məni gözləyən Shantaram - G.D. Roberts yenə də oxunulmadı. Düzü arada vicdan əzabı çəkirəm o kitaba görə. 2016da mütləq oxuyacaqlarımdandı o kitab.

İl sonu 2016-nın planlarına son anlarda özünü yetişdirən iki böyük yazıçının adını öyrəndim. Arthur ClarkeTom Robbins. Clarke-ın romanlarından birinin əsasında çəkilmiş serial bütün ürəkdən gələn söyüşlərimi haqq etdi, çünki məni şokla başlayıb şokla davam edib şokla sonlanan serialı ilə təəccübləndirdi. Tom Robbins isə kitabı ilə rəfimdə məni gözləyir.

Və unutmadan ilin ən qəribə kitabını açıqlamalıyam, məncə. Bir dostun məsləhəti üzrə əldə elədiyim, oxuyarkən bərəlmiş gözlərlə oxuduğum, "bu adamın başına Dresdendə çox vurublar" düşündüyüm və  buna baxmayaraq vaz keçmədən oxuyub sonlandırdığım çox qəribə bir kitab. Qəribə insan.Kurt Vonnegut. Breakfast of champion sizi həqiqətən təəccübləndirəcək kitabdır. İmkanınız olsa, bu yazarı mütləq tanıyın.

Bu il Ray Bradbury ilə tanış oldum. əfsanə yazar Stephen Kingin oğlu Joe Hill ilə tanış oldum. Jeff AbbottThomas Harris dedektivləri ilə tanışlıq şansı qazandım. Əzizim Markus Zusak dünyasına aid son kitabı oxuma şansı əldə etdim. Andy Weir, John BoyneAntoine de Saint-Exupéry, Orson Scott Card, Salinger, Richard Bach və.s kimi möhtəşəm insanlarla dosluq etdim. 2015 kitab cəhətdən az olsa da, fərqli fərqli çox möhtəşəm yazarlarla dost olmama vəsilə oldu. Bunda rolu olan hər kəsə təşəkkürlər. 

Kitablar haqqında həmişəki kimi coşdum yenə. 2015 nəhayət üzməyi öyrəndiyim, maşın sürməyi öyrəndiyim il olaraq iz qoydu həyatımda. 2015 həm də ixtisasımda irəliləmə əldə etdiyim ildi. qısa müddətə tam günlük iş qrafiki ilə iki həftə boyunca 61 əməliyyata assistentlik edə bildim. Əldə etdiyim böyük uğurlarım var, məncə. Ən azından appendektomiya etməni bacaracaq qədər. 

Avropa Oyunları öz xatirələri ilə yaddaşıma həkk olundu. Unutmayacağım günlər, xatirələr və təcrübə ilə tanış etdi məni. Günəş altında bayılacaq həddə çatsaq da, Cavid Fərəcli ilə yaxşı dost olduq. Həqiqətən gözəl günlər idi. 

Artıq 2016dayıq və istər iqtisadi, istərsə də sosial anlamda əs-küylü bir il olacaq deyəsən. Ümid edirəm ki, manat daha da ürəyimi üzməz və məni elektron kitab oxumaq qərarı almağa qədər itələməz.  

Əzm, iradə, güc və.s sayəsində hər çətinliyi arxada qoyub əldə etdiklərimizi və itirdiklərimizi gözdən keçirə biləcəyimiz məntiqin, xoş duyğulara sizi boğa biləcək bir könlün və gələn xoş günləri qarşılaya biləcək səbrin olduğu əzəmətli bir il diləyi ilə.. 

Comments

  1. Salam, Həmid!
    Bədii əsərlərlə ünsiyyətin səni insanları yaxşı tanımaqda, onları anlamaqda və nə istədiklərini bilməkdə daima yardımçı olacaq. Özün də qeyd etdiyin kimi, kəmiyyətə deyil, keyfiyyətə güvənmək lazımdır.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Təşəkkür edirəm..

.. Hər birimizin daxilində özümüzün belə kəşf etmədiyimiz, ya da "xəbərsiz" olduğumuz eqoist başlanğıc var. indicə ağlınızdan " yox, mən eqoist deyiləm" fikri keçdisə, bəli, eqoistsiz. biruzə verdiniz. Məqsədim oxuyanlara eqoizm, narsiszm kimi anlayışıları xırdalamaq deyil. Məqsədim.. Mən öz səhvlərimi daim düzəltməyə çalışan və səhvlərdən nəticə çıxarmağa çalışan biriyəm. İndivid olaraq bir başa özümü ifadə etməmişəm heç vaxt yazılarımda. Amma vaxt gələri nəfəsiniz tıxanar, Günəş solğunlaşar, ya da hədsiz parlayar, işıq sönər və qaranlıqda tək işıq var olar. Həmin işığa gedən yol bu dünyayla vida gününüzü ifadə edər. Və mən vida günümə sayılı günlər qalacağını əminliklə bilmək ağırlığını yaşamaq istəmirəm. Sabah həyatımızda nə olacağı məlum deyil. Eqoist və qürurdan bəzən deməli olduğumuzu və ya Roulinqin dediyi kimi "Erised güzgü"sündə görünən qəlbimizin ən dərin istəklərini ifadə edən sözləri demirik. Amma həyat elə bir Peşmanlıq gətirə bilər ki, ö...

Erix Maria Remark - Üç Yoldaş (E.M.Remarque Drei Kameraden)

Əslində bu blogu ilk dəfə yaradanda düşünmüşdüm ki, burda yalnızca kitablar haqqında fikirlərimi paylaşaram. Amma getdikcə bu ikinci plan oldu. Yalnız hekayələrim, fikirlərimin ən yaxın dostu oldu bura. Amma bu kitab haqqında danışmasam, narahat qalacam. Hər əsl kitab sevən insanın bir tutqulu sevgili yazarı olur. Kitab sevmək hər kitabı oxuya bilmək deməkdi amma biri Sizin dəy işilməz sevdanız olur. Bax mənim həmin sevdam Erix Mariya Remarkdır. Bu gün uzun müddə rəfimdə olsa da oxumadığım bir kitabını bitirdim. Üç Yoldaş. yenə müharibə və ondan geriyə qalan məhv olmuş gənclik. Sizə kitabı danışmaqla biirə bilməyəcəm çünki Remarkı danışmaq yox, oxumaq və yaşamaq lazımdır. Əslində çox pis bir xasiyyətim var. Hər bitirdiyim kitabın son səhifəsini açandan sonra geriyə çəkə bilmədiyim bir duyğu burulğanına düşürəm. Hər kitab məni bir yaş daha qocaldır. Bəlkə də artıq oxumamalıyam. Amma bundan qopa bilmirəm.  Remark yenə özü idi. Bu yazarın çox sevdiyim bir yönü var. Yazılarınd...

Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı

Öncəliklə Onu deyim ki Fantastik Qurğu üslubunun Azərbaycan Ədəbiyyyatında olması hədsiz gözəldi. Çünki Bizim Ədəbiyyatın, yəni müasir dövrün dedektiv janrdakı uğurlardan daha irəli getməyinə ehtiyac var. Zaur və Fərid Hüseynlinin "Zamanın Göz Yaşları" bu yolda  ilkdi. Zaurun İlk Romanı "Qaranlıq Günəş - Xeyrin Çöküşü" Haqqında yazmışdım. Dünən Kitabın davamı olan ikinci Hissənin Təqdimatında oldum və marağıma güc gələ bilmədim. İkinci hissəni başladım və Artıq bitdi. "Həyat Sandığı" Birinci hissədən çox daha artığı ilə fərqlənir. İlk hissə bir növ sanki nağıl və sadə anlatım şəkli vardı. Amma hər fəslində on səhifəsinə kimi qoruduğu hədsiz gözəl bir Gizəm dumanına malik idi. əsas ideyaya baxq korrektə səhvlərini kənara qoyuram hələ ki.  İlk Hissədə personajlar o qədər də çox deeyildi və Hadisələr çox genişləmirdi Sanki əsas hadisələrin başlanğıcı üçün anlatım Şəkli idi. İkinci Hissə hər mansı ilə fərqli və rəng li alınıb. Personaj sıxlığı, əl...