2014 beləcə sona çatır. Əslində 365 gündən ibarət olmasına baxmayaraq, bu günlərin insan necə keçdiyinin bəzən fərqinə varmır. Sanki dünənmiş kimi gəlir mənə bu ilin başlanğıcı. Ama bitdi. 1 il beləcə bitdi.
Ömrümə daha bir il yazıldı və bu ilin bitiminə çəkilən imza məni çox xoşbəxt edir. :) Bu il keçmişimə kiçik bir baxış atdım son günlərdə. Nə qədər eqoist davranış sahibi biri olduğumu gördüm. son 5 il ərzində durmadan həyatımda nələrsə yeniləndi. Və bu yeniliklər içində mən də yeniləndim. Bu il öyrəndim ki, böyük danışmağa çox da gərək yoxdu, çünki bir sonrakı il əvvəlkinə baxıb "nə edirdim mən bə?" düşünürük. Həyatımıza yazılan hər ilin bizə gətirdiyi və bizdən apardığı sayısız şeylər var. Və mnə gedənlərə qarşılıq gələn gözəlliklərə görə çox xoşbəxtəm. Demək ki, daha bir ili mübarizə aparmağa, həyatda qalmağa dəyər.
Bu il kitab məsələsində çox verimli bir il keçirdim. əvvəlki illərdən çox fərqli yazarlar tanıdım bu il. Həqiqətən möhtəşəm düşüncələri olan, ətrafımda maraqlı bir shr dünyası yaradan yaradan yazarlar tanıdım. Stephen King və Neil Gaimanla tanış oldum bu il. Chbosky ilə ağladım, Martel ilə düşündüm, Kinglə qorxdum, Gaiman ilə xəyala daldım. Ən sonda oxuduqlarımın siyahısını da təqdim edəcəm, bəlkə maraqlı gələn bir şeylər görərsiniz.
Bu ilin başlanğıcı dəhşət gətirici idi. Səmimi davransaq, həqiqətən bəd bir başlanğıc oldu. Mübahisəli, üzgün və peşman. Amma bitişinə gedən saatlarda bu ili bu cür başa vururam deyə sevinirəm. Çünki son heç də başlanğıc kimi deyil. Həmişəkindən bir az daha ağıllı, həmişəkindən bir az daha fərqli bir Həmidlə girəcəm İl sonuna. Və həmişəki həyatıma bir az daha Yaşıl-qəhvəyi hadisələr qarışıb. Yaxşı ki, qarışıb..)
Bu il mənim üçün çox - çox əziz iki gözəl insanı tanımışam mən. Mənə müsbət yöndən daim təsir edən Fərid Hüseynli. bu ilin başlanğıc günündə tanış olmuşuq və indi onunla və sözsüz ki, söhbətlərindən, birlikdə deyib gülməkdən doya bilmədiyim Cəlal Səfərli ilə bir masaya oturmaqdan böyük zövq alıram. :) vacib bir qərarı alma nöqtəsində düşüncələrimi aydınlatdığı üçün Fəridə xüsusi təşəkkürüm var bu arada. ;)
Bu il qrup yoldaşım Nicatla çoxlu inkişafımıza səbəb olan planlar qurduq. Amma deyəsən elə də uğurlu olmadı. Nğvbəti il üçün bu planlarımız baş tutar inşAllah. Oturduğumuz masalardan axşama capsin var deyə təhdid olunan biz olmayaq. :D
Bu il bir nəfərin( :D ) ağır tənqidlərinə qarşılıq film barədə bilgilərimi daha da genişlətməyə çalışdım. Tam olaraq hansı səviyyəyə qalxa bildim bilmirəm, amma məncə əvvəlki halımdan daha da irəliyə gedə bildim. :)
Bu il tutqunu olduğum alman dilini öyrənməyə başladım. Bir xeyli yol qət etdiyimi düşünürəm və irəlidəki il bu vaxt artıq sərbəst danışıq qabiliyyətimin olduğu barədə qürurla danışacağıma ümid edirəm.
Bu ilin son günləri ətrafımı bir "yaşıl"lıq bürüdü. Hər kəsin bu duyğunu paylaşma şansı olmayacağı, yaşamayacağı cinsdən olan bir "yaşıl"lıq. İnsanın ilhamını belə susdurub sadəcə rahatlıq verən sükut gətirən "yaşıl"lıq. Buna görə çox xoşbəxtəm. :)
Bu il bəzi dostlarımla çoxlu mübahisəm oldu və bəlkə düzgün olmayan biçimdə davrandım. Üzr istəyirəm hər birindən. Yeni iliniz yeni xoşbəxtliklər gətirsin həyatınıza. :)
Beləcə bir ili daha başa vurmuş oluruq bu gün. 2014 mənə yeni -yeni çox şey öyrətdi. və irəlidəki illər bundan daha təmkinli, bundan daha bacarıqlı biri olacağıma güvənirəm. Əsas olan daha gözəl günlərin fərqinə varıb, digər günlərdən onları fərqləndirə biləcəyimiz anı yaşaya bilək. Bu anı yaşaya biləcək can sağlığı diqqət, anlayış bizlərdən əskik olmasın.
Son olaraq, kitabsevər dostlarıma bu ilin oxuduğum 40 kitabını təqdim etməkdən sevinc duyuram.
1. Cecelia Ahern - Xatirələr üçün təşəkkürlər. Azəricə oxuduğum kitab qan bağı ilə bir birinə doğru cəzb edilən iki insanın qeyri-adi sevgi hekayəsindən bəhs edir. Şirin qış hekayəsi kimi oxuya bilərsiniz. Əlbəttə bu üslubu sevirsinizsə. 6 bal.
2. Zaur Pənahov - Qaranlıq Günəş. Həyat Sandığı. İlk hissənin davamı olan bu roman fantastik janrı bəyənənlərin xoşuna gələcək. Daha geniş buradan yazdığım blog vasitəsi ilə maraqlana bilərsiniz. 6 bal.
3. Craig Silvey - Tanrının unutulan çocukları. Heyran olduğum kitablardan biridir. Və oxumaqdan zövq alacağınız bir romandır. Kitab oxumağı sevən bir oğlanın pəncərəsinə gecə vaxtıonaq gələn qəsəbənin ən sevilməyən oğlanı öz sirri ilə onu da özüylə birlikdə inanılmaz bir macəranın içinə salır. Müthiş bir roman. Daha genişini dost bloglardan birindən - buradan oxuya bilərsiniz. 8 bal.
4. Markus Zusak - Hiç Kimse Sıradan değil. Markus Zusakı ayrı bir sevgiylə sevirəm və bu kitab sadəcə və sadəcə xariqüladə bir əsərdir. Həyat üçün bir məqsədi olmayan gəncə gələn kartlar üsütndə qeyd olunan adreslərdə onun yardımını gözləyən insanlar var. Amma daha önəmlisi bu kartların hardan gəldiyidir. Sadəcə oxuyun və zövq alın. Mən bu romana heyranam. Daha genişi burada. 10 bal.
5. Markus Zusak - Köpek düşleri. Sevimli yazarımın ilk romanı olan bu kitab iki qardaşın hekayəsindən bəhs edir. Daha genişi burada. 7 bal.
6. Markus Zusak - İt dalaşı. Yuxarıdakı kitabın ikinci hissəsi olan bu roman bir önəkindən çox daha təsirli bir mövzuya sahibdir. Daha genişi burada. 8 bal.
7. Amin Maalouf - Səmərqənd. Azərbaycanca olan uğurlu tərcümələrdən biri. Ömər Xəyyamın orta yüzillikdə olan həyatından və yazdığı məstedici şeirlərin qeyd olunduğu dəftərin hekayəsi ilə başlayıb 20ci əsr iran inqilabına qədər uzanan Sonluğunu isə Titanikdə tapan bu roman hədsiz bəyəndiyim romanlardan biridir. 9 bal.
8. Agatha Christie - Böyük Dördlük. Dedektiv sevərlər üçün maraqlı ola biləcək bir macəra. Puaro iş başındadır. 7 bal.
9. Agatha Christie - Staylzda müəmmalı hadisə. Yenə Puaro və maraqlı bir dedektiv roman. 5 bal.
10. Agatha Christie - Qolf Meydançasında qətl. Çox sözə ehtiyac yoxdur. Bildiyimiz dedektiv roman. :D 5 bal.
11. Elif Şafak - İsgender. Ağır bir dili olsa belə, sonluğu ürək ağrıdan ürkiyənin ucqar kəndlərindən Londona qədər uzanan bir hekayə. İki əkiz qızın ortaq həyatı. Çox təsiredici bir romandır. Daha genişi burada. 7 bal.
12. Cecelia Ahern - Hədiyyə. Əsl qış nağılı. Əziz dostumun hədiyyəsi olan bu kitabı oxumaqdan zövq aldım. Zamanın üzərimizdə olan dəyərindən və işdən daha önəmli olan sevdiklərimizə vaxtındaca dəyər verməli olduğumuzdan bəhs edir. 7 bal.
13. John Green - Aynı Yıldızın altında. Bu kitabı çox sevirəm. Mənimk üçün ifadə etdikləri ayrı anlam daşıyır. iki dəfə oxudum, və daha bir dəfə oxumağı haq edir. Məncə hər kəs bu kitabdan xəbərdardı artıq. :) Sadəcə oxuyun. :) Çox sevəcəksiniz. Daha genişi burada. 9 bal.
14. John Green - Alaskanın Peşinde. Greendən çarpıcı bir hekayə daha. Əsl gənclik romanı. Sevgini, peşmanlığı və dostluğu ifadə edən bir roman. Sədaqət romanı. Oxuyun, zövq alacaqsınız. 9 bal.
15. Stephen King - Medyum. Həəəəə, bu kitab məndə çox dərin izlər buraxdı. King məni dəhşətə saldı və ürəyimdə əbədi kök atdı. Bəzən oxumaqdan qorxub da, oxumağa davam etdiyim kitab. Sadəcə mükəmməl bir əsərdir. 10 bal.
16. Stephen King - 22.11.63. John Kennedy nin ölümü ilə bağlı müxtəlif mülahizələr var. King buna özünə məxsus baxış edir. Müthiş bir romandır. Çox bəyənirəm və oxumaqdan qopa bilmədiyim bir zaman səyahəti yaşatdı mənə. içimdə qayıdıb 60cı illərdə yaşama sevgisi oyandırdı. 11 bal. !!!
17. Jeff Lindsay - Dexterin delirtici düşleri. :D Nə deyim e bu kitab haqqında. Bu kitab sizi həqiqətən dəlirtə bilər. Dedektiv janrın ən tük ürpərdici əsərlərindən biridir. Qanınızı donduracaq. 7 bal.
18. Stephen Chbosky - Saksı olmanın faydaları. Cəlal Səfərli, Sənə çox təşəkkür edirəm ki məni bu gözəl romanla tanış etdin. Bu roman çox gözəl bir hekayədən bəhs edir. 16 yaşlarında gənc oğlanın daxili dünyasını tökdüyü məktublar toplusu. Başından keçən müthiş bir hekayə. Saflıq və məsumiyyət dolu bir hekayə. Oxuyun və yaşatdığı sərxoşluqdan həzz alın. Daha genişi burada. 11 bal.
19. Joanne Kathleen Rowling - Harry Potter və fəlsəfə daşı. Maraqlı bir roman. Zatən hamımız Potteri yaxşı tanıyırıq. Bu kitabın filmi ilə böyümüşük. :D Marağınız varsa, oxuyun. 7 bal.
20. Joanne Kathleen Rowling - Harry Potter və Sirlər otağı. Serinin ikinci kitabı. 7 bal.
21. Agatha Christie - Mavi qatarın sirri. Maraqlı bir Agatha Christie hekayəsi. 6 bal.
22. Fərid Hüseynli - Zamanın göz yaşları. Həəəəəə)) əziz dostun ilk romanı. Love you dost) bundan daha gözəl romanlar yazacağına inanıram) İlk işin olduğu hiss olunsa belə, səndəki bacarığı bilməyənə lənət)) daha geniş burada. 9 bal.
23. Fərid Hüseynli - Nömrə birlər. Bax dost, bu roman ayrı məsələdi artıq. :D Köhnəlmiş Sherlock Holmes üslubunu əsl müasirliklə əvəz etmisən və sona qədər məni intizarda saxlayan bir roman oldu bu. Daha geniş burada. 12 bal!!!!
24. John Green - Kağıttan Kentler. Greenə hörmət bəsləyirəm, amma bu romanı onu mənə sevdirən roman oldu. Çox gözəl bir romandır bu. Margonu sevmək istəyəcəksiniz, amma sonra bu qız deyəsən dəlidi deyəcəksiniz. Sonrasa Onun düşüncələrinə heyranb qalacaqsınız. Ətraflı burada. 10 bal.
25. John Green - İlk Aşk. Yazarın ilk romanı. Bu yazara bu romanla başlamayın. Önbcə digərlərini oxuyun, sonra buna keçin. :) 7 bal.
26. Agatha Christie - Puaro İstintaq aparır. Puaronun hekayələr toplusu. 5 bal.
27. Stephen King - Silahşör. ( Kara Kule - 1). Kingi sevirəm, amma bu romanı qavramam çətin oldu bir az. Ona görə çox söz deyə bilməyəcəm. Görünür daha bir dəfə oxumağa ehtiyacım var. :). Məncə bu kitabı dəyərləndirməyim balla hələki.
28. Erich Maria Remarque - Üç Yoldaş. Sizə bu kitabı təsvir edə bilmək çox çətindi mənə, Remarkın tutqunuyam. Nə desəm azdır bu roman haqqında. Daha genişi burada. 15 bal!!!!!
29. Özgür Bacaksız - Deli Çocuğun Güncesi. Bu kitabı təsvir etməyəcəm. Bu günə kimi aldığım ən gözəl ilk hədiyyəm idi mənim. :)
30. Xalid Hüseyni - Min Möhtəşəm günəş. ürək ağrıdan bir hekayə. Əfqanıstan həyatını göz önünə sərir Xalid yenə də. Sona qədər insanı səhifələrdən qopmağa qoymur. 8 bal.
31. Xalid Hüseyni - Və dağlardan səda gəldi. Əslində bu kitabdan gözləntilərim daha böyük idi. Xalid bir az ümidlərimi qırdı. Amma yenə də maraqlı bir əfqan nağılı. Yunanıstana Amerikaya qədər uzanan bir nağıl. 6 bal.
32. John Verdon - Peter Pan ölmeli. Əziz Dostumun hədiyyəsi olan bu kitabı çox bəyəndim, dedektiv janrını sevən hər kəsin bu cür ustalıqla yazılmış romanı oxuması gərək. Zövq alacaqsınız. 8 bal.
33. Stephen King - Kemik Torbası. Daha bir King xariqüladəsi. Müthiş bir roman. Daha geniş burada. 10 bal.
34. Emily Bronte - Uğultulu tepeler. Klassikanın gözəl romanlarından biri. Hələ də klassik roman oxuya bilirsinizsə, o zaman bunu oxuyun. :) Qadın dəst xəttinin bilindiyi və xoşbəxt sonluğun olduğu bir roman. 9 bal.
35. Lev Tolstoy - İnsan ne ile yaşar?. Maraqlı hekayələr toplusu. Bəyəndim. 7 bal.
36. Neil Gaiman - Yolun sonundaki okyanus. Fantastika sevirsinizsə, Gaimanın gətirdiyi bu yeni nəfəslə tanış olun. Bu romanı daha bir dəfə oxuyub sizə geniş geniş danışacam. Gaiman tanınması gərəkən birisidir. Təkcə onun özünə 13 bal!!!
37. Jean Christophe Grange - Leyleklerin uçuşu. Bu yazar fransız ədəbiyyatının ən bacarıqlılarından biridir. Hal hazırda daha bir romanını oxuyuram və əmin olun möhtəşəmdir. 10 bal!
38. John Grisham - Vurguncu. Dünyanın ən çox satan 3lüyündə olan yazarın maraqlı bir romanı. Daha geniş burada. 9 bal.
39. Stephen King - Yaşıl mil. Azəricə tərcüməsini oxudum bu kitabın və King bizə göstərir ki o əslində təkcə qorxu janrında usta deyil. O həm də öz fantastik dünyasına insanın bütün hislərini açıqlığı ilə ortaya qoya biləcək dram da qata bilər. Oxuyun. 11 bal!!!!!
40. Yan Martel - Pinin yaşamı. Sakit okeanın ortasında həyatla mübarizə verən gənc oğlanın qeyri adi hekayəsi. Çox çox bəyəndim. Daha ətraflı burada. 9 bal.
Və beləcə ömrümüzdən bir il daha sona çatır. Növbəti il həyatımıza daha gözəl xatirələrlə yazılsın inşAllah. Hər birinizə xoş bayramlar və xoş günlər arzu edirəm. :) Növbəti ilə qədər.. Hələlik)

Comments
Post a Comment